Menu

Azərbaycan hərbçiləri Gürcüstanda təlimlərdə iştirak edib

06.08.2021, 13:52
Azərbaycan hərbçiləri Gürcüstanda təlimlərdə iştirak edib

Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Agile Spirit - 2021” hərbi təlimləri başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, iyulun 26-da start götürən çoxmillətli hərbi təlimlərin bu gün bağlanış mərasimi keçirilib.

Qeyd edək ki, 2011-ci ildən etibarən sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol