Menu

Ağacları kəsən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

06.08.2021, 14:55
Ağacları kəsən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Xətai rayonu, 8 Noyabr prospekti-189 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

APA-nın məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı “Real-Park” MMC tərəfindən ərazidə aparılan tikinti işləri zamanı 5 ağacın kəsildiyi və təbiətə 5280 manat məbləğində ziyan dəydiyi aşkarlanıb. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol