Menu

AZƏRBAYCANIN İRANDAKI SƏFİRİ GERİ ÇAĞIRILDI - Yeni təyinat olub

07.08.2021, 13:43
AZƏRBAYCANIN İRANDAKI SƏFİRİ GERİ ÇAĞIRILDI - Yeni təyinat olub

Bünyad Səməd oğlu Hüseynov Azərbaycan İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol