Menu

ABŞ bombardmançıları “talibançılar”ı ağır itkilərə məruz qoyub

07.08.2021, 22:00
ABŞ bombardmançıları “talibançılar”ı ağır itkilərə məruz qoyub

ABŞ-ın “B-52 Stratofortress” bombardmançıları Əfqanıstanın Cauzdan əyalətində radikal “Taliban” hərəkatının mövqelərinə zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman bildirib.

Qeyd edilir ki, silahlılar ağır itkilərə məruz qalıblar.

"Taliblər qrupu Cauzdan əyalətinin Şiberqan şəhərində “B-52”-nin hədəfi oldu. Terrorçular ABŞ-ın Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində ağır itkilər verdilər", - Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman tvitterdəki hesabında bildirib.

Şərhlər

Seyid Ənhu 2021-08-07 22:27:13

İslama və insanlığa qarşı çıxan Taliban zehniyyəti məhv edilməlidir. Eləcə də Hizbullah və İŞİD.Bunlar İslam adına ləkə bəşəri inkişafa əngəldir..Heç biri müsəlman deyil. Hamısı cəhalət carçısıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol