Menu

Kürdəmir sakini özünü məsciddə asıb

08.08.2021, 23:32
Kürdəmir sakini özünü məsciddə asıb

Kürdəmir sakini intihar edib.

"APA"nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.

Kənd sakini, 34 yaşlı Rüstəmov Vilayət Ramiz oğlu özünü kəndin məscidində asaraq intihar edib.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol