Menu

Türkiyə vətəndaşlarını qətlə yetirən terrorçu və daha 5 silahlı Suriyada məhv edilib

09.08.2021, 00:46
Türkiyə vətəndaşlarını qətlə yetirən terrorçu və daha 5 silahlı Suriyada məhv edilib

Türkiyənin Hərbi Qüvvələri Suriyanın şimalında 6 terrorçunu zərərsizləşdirib. “Report” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla bağlı əməliyyat Tal-Rıfatın şərqində Zaviyan və Şaalada, Tal-Cidcan və Tal-Unayb yaşayış məntəqələrində keçirilib.

Qeyd edilir ki, məhv edilmiş terrorçulardan birinin avqustun 5-də iki nəfərin həlak olması ilə nəticələnən hücumda iştirak etdiyi müəyyənləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol