Menu

İlqar Məmmədov və Tofiq Yaqublu azad oluna bilər

05.09.2013, 16:41
İlqar Məmmədov və Tofiq Yaqublu azad oluna bilər

Bu ilin əvvəlində, yanvar ayının 23-də İsmayıllıda baş verən iğtişaşlardan bir gün sonra sözü gedən rayona getdikləri üçün həbs edilən Tofiq Yaqublu (Müsavat başqanının müavini) və İlqar Məmmədov (ReAl hərəkatının sədri) yaxın günlərdə azadlığa buraxıla bilər. Bu barədə musavat.com-a adının çəkilməsini istəməyən bilgili mənbə məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri gedir və proses göstərir ki, ya seçkidən az əvvəl siyasi məhbusların əksəriyyəti azadlığa buraxılacaq. Adları çəkilən şəxsləri isə, barələrindəki həbs qətimkan tədbirini dəyişdirərək, azad edəcəklər. Mənbə bildiri ki, hazırda istintaq bu istiqamətdə işləyir.

İddia olunur ki, nüfuzlu beynəlxalq təşkilatlar və bəzi qüdrətli dövlətlər İlqar Məmmədovun tezliklə azad olunmasını və prezidentliyə namizəd olaraq seçkiyə buraxılmasının Azərbaycan hakimiyyətindən israrla tələb edirlər. İ.Məmmədovun azad olunması onunla eyni iş üzrə və eyni ittihamlarla həbs olunmuş siyasətçi-yazar Tofiq Yaqublunun da azadlığa buraxılacağı anlamına gəlir.

Sabiq nazir Fərhad Əliyevin əfv olunmaq üçün prezidentə ərizə yazması xəbərinin təsdiqlənməsi də bu xəbərləri daha da gücləndirir. (Musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol