Çin öz səfirini Litvadan geri çağırmağı qərara alıb və Litva hökumətindən tələb edib ki, Vilnus da öz səfirini Çin Xalq Respublikasından (ÇXR) geri çağırsın.
Bu barədə avqustun 10-da ÇXR XİN rəsmi nümayəndəsinə istinadla «Jenmin jiabo» xəbər verib.
«Litva hökuməti Çin tərəfin dəfələrlə etdiyi təqdimatı və xəbərdarlıqların potensial nəticələrini qulaqardına vuraraq, Tayvan adından nümayəndəliyin açılması barədə Tayvan hökumətinin qərarını elan edib. Çin hökuməti bununla bağlı qəti etirazını bildirir» - Çin XİN-nin nümayəndəsi bəyan edib.
Bununla bağlı Litva hökumətinin də cavabı özünü çox gözlətməyib. Belə ki, Litva Xarici İşlər Nazirliyi Tayvanla «qarşılıqlı faydalı əməkdaşlığı» inkişaf etdirmək niyyətini təsdiqləyib (ria.ru).
«Çinin bu addımından təəsüflənərək, Xarici İşlər Nazirliyi bu fürsətdən istifadə edir və təsdiqləyir ki, Litva Tayvanla qarşııqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyətindədir - Avropa İttifaqının bir çox ölkələrinin və dünyanın qalan hissəsinin etdiyi kimi» - Litva XİN-də bəyan ediblər.
İyun ayında Çin Xarici İşlər Nazirliyi Amerika senatorlarının Tayvan adasına səfərini «alçaq siyasi təxribat» adlandırmışdı. Pekinin indiki addımı Litva ilə qarşıdurmanın davamıdır. Belə ki, Litva nə vaxtsa Tayvanla iqtisadi münasibətləri inkişaf etdirməyi arzulamışdı.
AzPolitika.info


Şərhlər