Menu

“Taliban” daha bir şəhəri ələ keçirib

10.08.2021, 23:50
“Taliban” daha bir şəhəri ələ keçirib

“Taliban” hərəkatının üzvləri Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri olan Bəğlanın mərkəzi Pul-i Xumri şəhərini ələ keçiriblər. Bu barədə “Report” “AFR” agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, hərəkatın yaraqlıları şəhərə daxil olub, “bayraq”larını Mərkəzi meydanda, həmçinin qubernatorun iqamətgahının qarşısında qaldırıblar.

Hökumət qüvvələri məcburən geri çəkilib. Agentlik qeyd edir ki, bu, son günlərdə radikalların əlinə keçən səkkizinci inzibati mərkəzdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol