Menu

Jirinovski İsfəndiyar Vahabzadənin təhqirlərini "dəhşətli" adlandırıb - Azərbaycan Prezidentinə məktub göndərəcək

11.08.2021, 15:11
Jirinovski İsfəndiyar Vahabzadənin təhqirlərini "dəhşətli" adlandırıb - Azərbaycan Prezidentinə məktub göndərəcək

Özünü rusların müdafiəçisi kimi qələmə verən yəhudi Vladimir Solovyev öz Youtube kanalında keçmiş azərbaycanlı diplomat İsfəndiyar Vahabzadəni "məhkəmə"yə çəkmək qərarına gəlib. Səbəb sonuncunun bundan öncə Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirən Vladimir Jirinovskinin ünvanına təhqiridir.

Vahabzadənin sözlərini şərh edən Jirinovski Rusiya Liberal Demokrat Partiyasının sədrini "donuz və eşşək" adlandıran Vahabzadənin barəsində cinayət işinin başlanmasının vacibliyini bildirib.

"Biz cinayət işinin açılması tələbilə Azərbaycan Respublikasının Prezidentinə sərt məktub göndərəcəyik. Bu təhqir dəhşətlidir. Orta əsrlərə aiddir", - Jirinovski bildirib.

Qeyd edək ki, bu yaxınlarda Jirinovski növbəti dəfə Azərbaycanın və onun rəhbərliyinin ünvanına təhqiramiz bəyanatlar səsləndirib. Bundan sonra Rusiyanın diplomatik missiyasının rəhbəri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. (Turan.az)

Şərhlər

Veteran 2021-08-12 00:32:28

Buna erməni donuzu adı daha münasibdir.Eşşəksə yaxşı heyvandır.

Niyaməddin 2021-08-12 00:21:52

İsfəndiyar Vahabzadəyə çox böyük təşəkkür edirik, minnətdarıq, onunla həmfikirik. Ağzına qüvvət, sağlıq!

Xalq 2021-08-11 18:59:29

Haqq edib. Bəs necə olmalı idi? Azərbaycana qarşı çaşan ya eşşək olmalıdır, ya da ki donuz!

Xalq 2021-08-11 18:11:14

İsfəndiyar Vhabzadə ilə həmfikirik!

Eko 2021-08-11 17:18:13

Donuza donuz deyerlerdeee

t.ədalət 2021-08-11 15:25:51

Jirinovski elə donuza bənzəyir də.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol