Menu

YOLUXANLARIN SAYI 2000-i KEÇDİ - Vəfat edənlərin sayı da artdı

11.08.2021, 18:09
YOLUXANLARIN SAYI 2000-i KEÇDİ - Vəfat edənlərin sayı da artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 nəfər vəfat edib, aktiv xəstə sayı 15518 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb.

Şərhlər

Hüseyn 2021-08-11 22:08:26

Bəs peyvənd nə ise yarayır axı???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol