Menu

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa hazırlaşır

11.08.2021, 23:43
İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa hazırlaşır

İranın Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Şəmhani ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsində bütün siyasi əngəllərin aradan qalxdığını bəyan edib.

Bu barədə o, özünün “Twitter” səhifəsində rusiyalı həmkarı Nikolay Patruşevlə telefon söhbətinə dair açıqlamasında məlumat verib.

Şəmhanı texniki formallıqlardan sonra İranın təşkilata üzvlük məsələsinin qətiləşəcəyini vurğulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanın iştirakı ilə “Şanxay beşliyi” adıyla yaradılıb. 2001-ci ildə Özbəkistanın da birliyə qoşulması ilə onun adı dəyişdirilib. 2017-ci ildə isə təşkilata Pakistan və Hindistan da qatılıb.

Şərhlər

Veteran 2021-08-12 10:54:53

Molla rejimi sizində ömrünüzə az qalıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol