Menu

AZƏRBAYCANDA YOLUXMA SAYI 3 MİNƏ YAXINLAŞDI - 14 nəfər ölüb

12.08.2021, 15:09
AZƏRBAYCANDA YOLUXMA SAYI 3 MİNƏ YAXINLAŞDI - 14 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 359 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 021 nəfər müalicə olunaraq sağalıb, 5 109 nəfər vəfat edib, aktiv xəstə sayı 17602 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 575, ötən müddət ərzində isə ümumilikdə 4 164 163 test aparılıb.

Şərhlər

Vətəndaş 2021-08-12 19:26:02

Hardasan ay formula bir????

t.ədalət 2021-08-12 15:33:02

Həftənin sonu 0n min olacaq.Deyirəm bu yoluxma elə yayda,istilər çox olanda artırmış.Bir idman yarışı təşkil edib virusları dayandırmaq lazımdır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol