Menu

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yerləşəcəyi şəhər məlum olub

12.08.2021, 16:56
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yerləşəcəyi şəhər məlum olub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdə şəhərində yerləşəcək.

"Report"un xəbərinə görə, bu, "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə"də əksini tapıb.

Sənəddə qeyd edilib ki, Baş İdarənin müstəqil balansı, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Komitənin və Baş İdarənin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, xəzinə və bank hesabları var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol