Menu

Taliban Qəndəhar şəhərinə nəzarəti ələ keçirib

12.08.2021, 19:35
Taliban Qəndəhar şəhərinə nəzarəti ələ keçirib

"Taliban" Hərəkatı Əfqanıstanın cənubunda ölkənin ikinci ən böyük şəhəri olan Qəndəhara nəzarəti ələ keçirib.

APA-nın xəbərinə görə, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Qəndəhar aeroportu da fəaliyyətini dayandırıb.

"Taliban" Hərəkatının artıq ölkənin üçüncü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin etdiyi, şəhərdəki polis idarəsinin binasını zəbt edildiyi bildirilir.

Qeyd edək ki, iyulun əvvəlindən başlayaraq "Taliban" Hərəkatı İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəddəki rayonları ələ keçirib. Eyni zamanda, bir sıra vilayət mərkəzləri - Cauzcan, Sari-Pul, Qunduz, Nimroz, Taxar, Samanqan və Farah şəhərləri taliblərin nəzarətinə keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol