Menu

“Taliban” narkotacirləri həbsdən azad edir

13.08.2021, 00:03
“Taliban” narkotacirləri həbsdən azad edir

“Taliban” əsas şəhərləri ələ keçirdikdən sonra ən azı altı şəhərdən 1000-ə yaxın cinayətkarı, o cümlədən narkotaciri azad edib.

“TOLO news”a bu barədə danışan Həbsxana Administrasiyasının direktoru Səfiulla Cəlalzay deyib ki, onların əksəriyyəti ağır cinayət ittihamı - narkotik qaçaqmalçılığı, insan oğurluğu və silahlı quldurluqla məhkum edilib. Taliblər Kündüz şəhər həbsxanasından ən azı 630 məhbusu, o cümlədən 13 qadın və üç əcnəbini azad edilib. Bunlardan 180-i Əfqan hökuməti tərəfindən ölüm cəzasına məhkum edilmiş 15 yüksək rütbəli "Taliban" məhbusu da daxil olmaqla, terrorçular idi.

Taliblər həmçinin, Nimruz vilayətinin Zərənc şəhərində ən azı 350 məhbusu, o cümlədən, 40 “Taliban” məhbusunu azad edib.

Əfqanıstan hökuməti bildirib ki, terrorçular yaxalanandan sonra məhbuslar yenidən həbs olunacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol