Menu

Gürcüstanda koronavirusa 5 359 yeni yoluxma qeydə alınıb - 42 nəfər ölüb

13.08.2021, 10:54
Gürcüstanda koronavirusa 5 359 yeni yoluxma qeydə alınıb - 42 nəfər ölüb

Gürcüstanda son sutkada daha 5 359 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 42 nəfər ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 471 685-ə, vəfat edənlərin sayı isə 6 321-ə çatıb.

Ötən 24 saat ərzində xəstəlikdən sağalanların sayı isə 2 726 nəfər artaraq 415 146 olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol