Menu

Həyətində yüzdən artıq qonağın iştirakı ilə toy təşkil edən şəxs cərimələnib

13.08.2021, 12:26
Həyətində yüzdən artıq qonağın iştirakı ilə toy təşkil edən şəxs cərimələnib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiya dövrünün tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun İtitala kənd sakini Hacı Babayevə məxsus evin həyətində keçirilən toy mərasimində 100 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib.

Sanitar-karantin qaydalarını pozan toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Şərhlər

Eko 2021-08-13 12:59:41

Restorannar adam elinden axshamlar partlayir) hecne deyen yoxdu !qanun yetim yesir icindi beyem ?’Heyetinde edibdeee toyu , damda elemeyib ki ? Qûlmeli ve aqlamalidi Vallahi !!! Derdeeee!!!! Onsuzda hami bilir ne var ne yox , bu shou neye lazimdi axi , ayibdiyeee !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol