Azərbaycan FHN-ə məxsus aviasiyamız ümümilikdə yanğın bölgələrinə 1 404 ton su boşaldıb.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.
O qeyd edib ki, yanğın bölgəsində Azərbaycan FHN-in 743 şəxsi həyəti, 97 teknikası, 1 helikopter və 1 ədəd amfibiya təyyarəsi faəliyyət göstərib:
"Təyyarə və helikopetimiz Dalaman Hava Limanının ətrafı , Köycəgiz, Çayırova, Yatağan-Yumaklı, Menteşə- Kocazağ, Milas-Yeniköy, Seyidli-Kəmər, Aydın- Akçoava, Antalya-Kaş, Burduk-Bucak və İzmir şəhərlərin yanğınlara qarşı mübarizə aparıblar"- o, əlavə edib.
Nazir müavini qeyd edib ki, təyyarə 98 dəfə hava qalxaraq yanğın ocaqlarına qarşı hərəkət edərək 837 ton su boşaldıb, helikopter isə 204-dəfə uçus həyata keçirib və 567,5 ton su boşaldıb.


Şərhlər