Menu

COVID-19” pasportu olmadığına görə 80 nəfər şənliklərə buraxılmayıb

14.08.2021, 12:24
COVID-19” pasportu olmadığına görə 80 nəfər şənliklərə buraxılmayıb

Avqustun 13-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 131 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 80 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Şərhlər

Vətəndaş 2021-08-14 13:01:23

Burada paradoksun yaranmasına niyə diqqət qyrılmır? Bir tərəfdən deyilir ki, Vaksinasiya könüllülük əsasında vurulur.Digər tərəfdən bəzi orqanlar qollarını sıvıyıb. düşüblər millətin canına cərimələməklə,həyatı məhdudiyyətlər qoymaqla məşğuldurlar.Bu nə qatda-qanundur?Buna ciddi,normal izah verən varmı? Axı bu qədər əsassız məhdudiyyətlər insa azadlığına ziddir!nl

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol