Menu

Alim Qasımovun 64 yaşı tamam olur

14.08.2021, 13:33
Alim Qasımovun 64 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti, xanəndə Alim Qasımovun doğum günüdür.

“Report”un məlumatına görə, Xalq artistinin 64 yaşı tamam olur.

Qeyd edək ki, Alim Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda anadan olub.

O, Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyət qazanıb. Həmin vaxtlarda muğam sənətinin, xüsusilə də “tarab” janrının araşdırmalarıyla məşğul olub.

A.Qasımov 1999-cu ildə Beynəlxalq IMC YUNESKO Musiqi Mükafatını alıb.

Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, İran və ABŞ kimi ölkələrdə konsertlərlə çıxış edən xanəndə bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılmasında əhəmiyyətli rol oynayır.

Şərhlər

Vidadi 2021-08-14 20:33:57

Mədəniyyət nazirıiyində Musiqi iə məşğul olanlar və digər musiqi camiyəsi niyə anlamır ki, xalq musiqisi yamaq götürməz, Muğam isə ən ali xalq musiqisi olaraq yamaqqəbul etmir.Alimin özünü müxtəlif formaya salması,çuğam musiqisinə yersiz əlavələr,,bənzətmələr musiqi anlayan əhalini hidddətə salır,indi eybəcər hala salınan xalq musi0isindn yayınmağa məcbur edir.Bunu əhali,əsasən gənclər arasında muğam və xalq musiqisini dinləməyə sövq etmir.Bu sahə özbaşına buraxılıb.qvəu

Cavanşir 2021-08-14 17:54:04

Aıim Qasımov Azərbaycanın muğam tarixinə ağır zərbə vurub,muğamı mərsiyə ilə qarışdırıb,muğam məclislərini matem meydanına çevirib.Əfsus ki, Elnarə Abdullayeva da onun yolunu davam etdirir.Ona görə gəncliyin muğama olan marağı sönməkdədir.Əfsus ki, mədəniyyət nazirliyi bu bayağılığa diqqətsiz qalıb.Bizim möhtəşəm muğam ifaçılarımız olub və az da olsa qalıb.İncəsənəti bayağılaşdırmaq ,onu millilikdən ayırmaq olmaz!b

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol