Menu

“Taliban” Əfqanıstanın Məzari-Şərif şəhərini nəzarətə götürüb

15.08.2021, 00:20
“Taliban” Əfqanıstanın Məzari-Şərif şəhərini nəzarətə götürüb

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimal-qərbindəki Bəlx əyalətinin inzibati mərkəzi olan Məzari-Şərif şəhərini nəzarətə götürüb.

APA xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hökumət qoşunları Məzari-Şərifi faktiki olaraq döyüşsüz təslim ediblər. Hökumət qüvvələri mövqelərini, silahlarını tərk edərək geri çəkiliblər. Şəhər ətrafında ara-sıra kiçik toqquşmalar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol