Menu

MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUR - Naxçıvan istiqamətində

16.08.2021, 10:48
MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUR - Naxçıvan istiqamətində

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Şərhlər

NahÇivanlı 2021-08-16 16:01:29

Bəs, İŞĞALÇI ORDUNU məhv etmişdik, yoxdu? Atəşləri KİMlər açır*? Qarabağı, səhədlərimizi tam azad etmədən qurban verilmişlər ...?

Eli 2021-08-16 14:56:54

Bu ermenilere Naxçıvan terefden yaxş bir Türk pazı çalınmasa bunlar sakitleşmeyecek,çünkü bınlar adetkerde olublar iynelerini vextı keçende qaşınırlar.

t.ədalət 2021-08-16 11:00:48

Putin açıq-aşkar Azərbaycanı müharibəyə çəkir.Gecə-gündüz türk silahlarına əks silahlar hazırlatmaq üçün dəridən-qabıqdan çıxır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol