Menu

UNEC-in professoru 90 yaşında vəfat edib

17.08.2021, 10:56
UNEC-in professoru 90 yaşında vəfat edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Zahid Məmmədov vəfat edib.O, 90 yaşında dünyasını dəyişib.

Zahid Məmmədov universitetin “Humanitar fənlər” kafedrasında məsləhətçi-professor vəzifəsində çalışırdı.

Qeyd edək ki, 1931-ci il oktyabrın 31-də Füzuli rayonunun Cuvarlı kəndində anadan olub.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 aprel tarixli 1430 nömrəli sərəncamı ilə Zahid Məmmədova Azərbaycan Respublikasının “Əməkdar müəllim fəxri adı” verilib. Təhsil Nazirliyinin 2 noyabr 2006-cı il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol