Menu

Prokurorluq polisin vəkili döyməsi barədə məlumatları araşdırır

17.08.2021, 12:06
Prokurorluq polisin vəkili döyməsi barədə məlumatları araşdırır

Bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılıb.

Şirvan Şəhər Prokurorluğu tərəfindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda şəhər prokurorluğunda araşdırma aparılır.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol