Menu

Bakıda çimərliyə gedən şəxsin 35 min manatlıq saatı oğurlanıb

17.08.2021, 14:00
Bakıda çimərliyə gedən şəxsin 35 min manatlıq saatı oğurlanıb

Bakıda çimərlikdə oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından 2000 manat pul, 3000 manat dəyərində 2 ədəd mobil telefon, ona məxsus “BMW” markalı avtomobildən 35000 manat dəyərində qızıl saat və 5000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.

Şərhlər

t.ədalət 2021-08-17 21:29:06

Bu qədər varidatın sahibi ,görəsən,hansı talançıdır?Cinayət işi elə bu talançılıqdan başlamalıdır.

RAMO 2021-08-17 20:21:20

Maşallah, Mersedesi qolunda gəzdirir, görəsən bu adam dövlətə nə qədər vergi ödəyib?

Cavid 2021-08-17 14:14:54

Bu nəfərin ağlı varmı?Br maraqlanın görək bu adam bunları necə alıb.yığıb? Hələ gör evində nə qədər layiq olmadıqları mal,mülk vaer.Bunlar haradandır?Əslində oğrudan oğruya halaldır.Axtarmağa dəyməz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol