Menu

Kabil hava limanı fəaliyyətini bərpa edib

17.08.2021, 18:39
Kabil hava limanı fəaliyyətini bərpa edib

Kabil hava limanı öz fəaliyyətini bərpa edib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi məlumat verib.

Rəsmi bildirib ki, hava limanında artıq uçuşların qəbulu başlayıb.

Qeyd edək ki, ötün gün ərzində Kabildən 700-dən çox insan, o cümlədən 150 amerikalı evakuasiya edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol