Menu

Bu gün şəhid Eltac Mirzəyevin doğum günüdür - FOTOLAR

18.08.2021, 14:24
Bu gün şəhid Eltac Mirzəyevin doğum günüdür - FOTOLAR

Bu gün - avqustun 18-i şəhid Eltac Mirzəyevin doğum günüdür.

Eltac 2000-ci ilin bu günündə Tovuz rayonunun Məşədilər kəndində dünyaya göz açıb. 2019-cu ildə hərbi xidmətə yola düşüb. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb. Füzulinin azad olunması uğrunda gedən bütün əməliyyatlarda iştirak edib, rəşadət göstərib. Noyabrın 6-da Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Xocavəndin azad olunması uğrunda" medalları ilə təltif olunub. Məzarı doğulduğu Məşədilər kəndinin qəbristanlığındadır.

Eltacın doğum günündə kənd sakinləri, rayon ictimaiyyətinin, icra hakimiyyətinin nümayəndələri onun ailəsinə baş çəkib, şəhidin qəbri ziyarət olunub, ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!


"AzPolitika.info"

Şərhlər

Xalq 2021-08-18 16:22:00

Allah rəhmət eləsin!

Müəllim 2021-08-18 14:39:21

Allah rəhmət eləsin Adamin ürəyi paralanır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol