Menu

Əfqanıstanın eks-prezidenti “Taliban”la görüşüb

18.08.2021, 15:26
Əfqanıstanın eks-prezidenti “Taliban”la görüşüb

Əfqanıstanın sabiq dövlət başçısı Həmid Karzay “Taliban” qruplaşmasının nümayəndələri ilə görüş keçirib.

“Report” xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi məlumat yayıb.

Görüşdə Milli Razılıq Ali Şurasının sədri Abdullah Abdullah da iştirak edib.

Bildirilib ki, Kabildə keçirilən görüşdə “Taliban” tərəfini Siracuddin Haqqaninin qardaşı təmsil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol