Bakıda bazarlara gedən vətəndaşlardan COVİD-19 pasportu tələb olunmasına dair iddialar yayılıb.
“Report” xəbər verir ki, yayılan iddialara görə, “Sədərək” Ticarət Mərkəzi və "8-ci km bazarı" kimi tanınan bazarda polis əməkdaşları bazara daxil olan şəxslərin vaksinasiya olunub-olunmadığını yoxlayıblar.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Report"a açıqlamsında iddianın həqiqətə uyğun olmadığını bildirib:
“Əhalinin sıx olduğu bazarlarda vətəndaşlardan COVİD-19 pasportu tələb olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşlar sözügedən yerlərdə sosial məsafəyə əməl edərək və tibbi maskalardan istifadə etmək şərti ilə hərəkət edə bilərlər. Bu normanın qorunması ilə bağlı xidmətə cəlb olunan polis naryadları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir”.


Şərhlər
Azpolitikanın dəyərli jurnalistlərindən xahiş edirəm gəlin öz gözlərinizlə Şəki Bazarında yaranmış antisanitariya vəziyyətini görün....
Şəki Bazarında çox acınacaqlı bir vəziyyət hökm sürməkdədir. Qida Agentliyi bu antisanitariya vəziyyətinə göz yumur. Şəki Bazarında COVİD-19 virusunun insanara yoluxması təhlükəsi var. Bazarın rəhbəliyi tərəfindən Bazar ərazisində antisanitariya vəziyyətinin aradan qaldırılması üçün hüç bir tədbir görmür,ancaq onu pul maraqandırır, kim ölür- ölsün ? Kənd əhalisi tərəfindən öz məhsulu satmaq üçün Bazar gəlir, bazarda yerlə təmin olunmaması səbəli gətirdikləri məhsullarını nə nəqliyyat vasitələrinin işləyən yolun kənarında torpaq üstündə qoyub satmalıdır, nə də işbazlara, yəni alverçilərə ucuz qiymətə verib getməlidir. Bazarın müdiri Eldəniz Hacıağayev məhsul satılan satış yerlərini kiçik ticarət köşkləri düsətldirərək sahibkarlara 7-10 min manata bu başdan pul almaqla icarəyə veribdir. Bu səbəbli kənd təsərrüfatı məhsulları satılan yerlər i sıradan çıxardıbdır. Bazarın digər satış yerlərini isə sənaye bazarına keviribdir, onlardan da bu başdan 3-5 min alaraq aylıq icarəyə veribdir. Bazarı öz təyinatı üzrə işlətmir, onu pul maraqlandırır, ayrı heçnə maraqlandırmır, yalnız Pul ? Heç bir savada malik olmayan Eldəniz Hacıağayev adını milyonerlərin siyahısına salınmasına nail olubdur. Maşın kolleksiyaları, villaları var ? Bazarı ərazisindən yığılan xidmət pullarının 10-15 %-i hesaba daxil olur, yerdə qalan pullar isə Vergidən yayınaraq mənimsənilir, aidiyyatı səlahiyyətli qurumlar sə Eldəniz Hacıağayevin qanunsuz əməllərinə hələlik göz yumurlar ? Bazarın balasında olan iki obyekti səhmdarların xəbəri olmadan, sənədləşdirilmədən satıb mənimsəyibdir ? Onun özbaşnalığı hökm sürməkdədir....? Cənab DTX gəlməsə o qanunsuz əməllərinə tövbə etməyəcəkdir ?
Göyçayda dünən və bu gün təzə bazarda vaksinasiya yoxlaması oldu. Pasportu olmayanlar bazara buraxılmadı