Menu

Salyanda partlayış olub, oğul yaralanıb, ana ölüb

18.08.2021, 21:42
Salyanda partlayış olub, oğul yaralanıb, ana ölüb

Salyanda partlayış olub.

APA-nin Mil-Mugan bürosunun məlumatəna görə, avqustun 14-də qaz balonunun partlaması nəticəsində şəhər sakini, 1991-ci il təvəllüdlü Salmanova Lamiyə Əli qızı və oğlu, 2014-cü il təvəllüdlü Salmanov Qəmbər Ruslan oğlu yanıq xəsarətləri alıblar.

Onların hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ananın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb və daha sonra Bakıya, 5 saylı xəstəxanaya göndərilib.

Həkimlərin səyinə baxmayaraq qadın aldığı yamıq xəsarətlərindən dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol