Menu

Böyük 20-lik ölkələri Əfqanıstanla bağlı sammit keçirə bilər

19.08.2021, 09:29
Böyük 20-lik ölkələri Əfqanıstanla bağlı sammit keçirə bilər

Böyük 20-lik ölkələri (G20) qrupuna daxil olan dövlətlərin Əfqanıstanda baş verənlərlə bağlı sammiti keçirilə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu təşəbbüslə İtaliyanın Baş naziri Mario Draqi çıxış edib.

Bildirilib ki, M.Draqi hazırda Böyük 20-lik ölkələrinin Əfqanıstandakı vəziyyətlə bağlı növbədənkənar sammitinin təşkil edilməsi məsələsi üzərində çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol