Menu

Azərbaycanlı yanğınsöndürənlərin növbəti qrupu Türkiyədən Vətənə qayıdıb

19.08.2021, 10:11
Azərbaycanlı yanğınsöndürənlərin növbəti qrupu Türkiyədən Vətənə qayıdıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Vətənə qayıdıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, quru yolla qardaş ölkəyə gedən FHN-nin texnika və heyəti artıq Azərbaycan ərazinə daxil olublar.

Qeyd edək ki, onlar Türkiyə- Gürcüstan- Azərbaycan dövlət sərhədi yolu ilə ölkəyə qayıdıblar.

Xatırladaq ki, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol