Menu

“Taliban” lideri bütün siyasi məhbusların azad olunması göstərişini verib

19.08.2021, 10:46
“Taliban” lideri bütün siyasi məhbusların azad olunması göstərişini verib

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşmasının lideri Heybətulla Axundzadə həbsxanalardakı bütün siyasi məhbusların azad edilməsi ilə bağlı göstəriş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Kari Yusif Əhmədi məlumat verib.

“Əyalətlərin qubernatorları bütün siyasi məhbusları sözsüz azad edəcəklər və sabah onları ailələrinə verəcəklər”, - o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol