Menu

İŞİD silahlıları Somalidə şəhər ələ keçiriblər

19.08.2021, 15:12
İŞİD silahlıları Somalidə şəhər ələ keçiriblər

Terrorçu İŞİD qruplaşmasının silahlıları Somalinin şimal-şərqində yerləşən Balidhidin şəhərini ələ keçiriblər.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Garowe Online” xəbər portalı məlumat yayıb.

Məlumata görə, terrorçular hökumət qüvvələri ilə şiddətli döyüşlərdən sonra avqustun 18-i şəhərə daxil olublar. Rayon administrasiya rəhbərinin qətlə yetirildiyi bildirilir. Portal onu da qeyd edib ki, Balidhidin şəhəri İŞİD-in nəzarəti altına düşən ilk Somali şəhəridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol