Menu

Namik Ələskərov Türkiyə çempionatının ən dəyərli futbolçuları arasına düşüb

20.08.2021, 19:41
Namik Ələskərov Türkiyə çempionatının ən dəyərli futbolçuları arasına düşüb

Futbol üzrə Türkiyə I liqasında 2021/2022 mövsümünün ən dəyərli futbolçularının siyahısı açıqlanıb.

"Report"un məlumatına görə, ən bahalı "20-lik"də bir müddət öncə "Neftçi"ni "Bursaspor"a dəyişən Namik Ələskərov da yer alıb.

750 000 avro məbləğində qiymətləndirilən 26 yaşlı yarımmüdafiəçi 17-ci pillədə qərarlaşıb. Siyahıya Bursa təmsilçisinin ümumilikdə 6 oyunçusu düşüb.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol