Menu

Zidandan 2 milyon avroluq yardım

20.08.2021, 20:42
Zidandan 2 milyon avroluq yardım

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan meşə yanğınlarına qarşı mübarizədə Əlcəzairə maliyyə yardımı göstərib.

Qol.az "Shoot Africa"ya istinadla xəbər verir ki, o, meşə yanğınlarının zərərini aradan qaldırmaq üçün 2 milyon avro bağışlayıb.

Qeyd edək ki, yanğınlar nəticəsində ən az 65 nəfər ölüb, bir çox insan yaralanıb.

Xatırladaq ki, Zidanın valideynləri əlcəzairlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol