Menu

Türkiyə Rusiyadan böyük miqdarda k/t məhsulu alıb - Avroittifaqdan və Çindən önə keçib

21.08.2021, 00:05
Türkiyə Rusiyadan böyük miqdarda k/t məhsulu alıb - Avroittifaqdan və Çindən önə keçib

Rusiya Federasiyasından kənd təsərrüfatı məhsulları ixracı cari ilin əvvəlindən avqustun 15-nə qədər olan vəziyyətə görə 18,645 milyard dollar təşkil edib. Aqrar-sənaye kompleksi məhsulları ixracının inkişafı Federal mərkəzinin (K/t nazirliyi, «Aqroeksport») materiallarında dəqiqləşdirildiyi kimi, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 17,6 faiz yuxardır.

Rəsmi məlumatlara görə, o cümlədən Rusiyadan taxıl ixracı 16,1 faiz (5,351 milyard dollara qədər), balıq və dəniz məhsulları ixracı 7,4 faiz (3,165 milyard dollara qədər) artıb. Yağ-piy məhsullarının tədarükü 40,4 faiz (4,218 milyard dollara qədər) yüksəlib. Yeyinti və emal sənayesi məhsullarının ixracı 6,2 faiz (2,514 milyard dollara qədər), ət və süd məhsulları ixracı 25,2 faiz (864 milyon dollara qədər) artıb.

«Rusiya k/t məhsullarının alıcıları arasında birinci yerə Türkiyə (12 faiz payla) çıxıb. Qardaş ölkə idxalı 23,7 faiz (2,246 milyard dollara qədər) artırıb - xəbərdə deyilir. İkinci yerdə əvvəlki kimi, Avroittifaq gəlir (2,206 milyard dollara qədər). İlk yeri Türkiyəyə uduzaraq, Çin 3-cü yerdə qərarlaşıb (2,187 milyard dollar).»

Top-10 idxalçılar sırasında Cənubi Koreya, Qazaxıstan, Misir, Belarus, Ukrayna, Özbəkistan və Norveç də yer alır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol