Türkiyə Avropa üçün “miqrant cəmləyici anbar” rolunu oynamaq fikrində deyil, Ankaranın belə borcu, məsuliyyəti və ya kiminsə qarşısında öhdəliyi yoxdur.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin iclasının nəticələrinə həsr olunmuş telemüraciətində bəyan edib.
Xəbəri «Anadolu» dövlət informasiya agentliyi yayıb.
Türkiyə lideri Əfqanıstandakı situasiyaya ətraflı toxunub. Onun sözlərinə görə, Türkiyə ehtiyac olacağı təqdirdə bu ölkədə hakimiyyəti ələ almış «Taliban» hərəkatı ilə qarşılıqlı fəaliyyət göstərəcək, çünki «Ankaranın başlıca hədəfi - Əfqanıstanda sabitlik və təhlükəsizlikdən ibarətdir».
Onun sözlərinə görə, Əfqanıstanda son hadisələrə qədər 500 min türk vətəndaşı yaşayıb. Onların 500 nəfəri 83 xarici vətəndaşla birlikdə öz arzusu ilə Türkiyəyə çatdırılıb.
«Biz, qısa zamanda öz vətəndaşlarımızı vətənə gətirəcəyik - onlar hələ də qayıtmaq üçün növbə gözləyirlər, onların sayı 300-dən azdır» - dövlət başçısı qeyd edib.
Xəbər verildiyi kimi, bundan əvvəl, cari həftədə ABŞ-nın Türkiyədəki səfirliyi KİV-in elə bir iddiasını təkzib emişdi ki, guya Prezidentlər Co Bayden və Rəcəb Tayyib Ərdoğan arasında əfqan miqrantları və qaçqınları barədə «sövdə» olub.
«ABŞ səfirliyi bəyan etmək istəyir ki, Prezident Bayden və Prezident Ərdoğan arasında əfqan qaçqınları və ya miqrantlarına yönəlik «sövdənin» və ya sazişin olması barədəki iddiaların heç bir əsası yoxdur» - ABŞ-ın Ankaradakı səfirlyinin bəyanatında deyilir.
AzPolitika.info


Şərhlər