Menu

Hindistan koronavirusa qarşı ilk DNT peyvəndini təsdiqləyib

20.08.2021, 22:31
Hindistan koronavirusa qarşı ilk DNT peyvəndini təsdiqləyib

Hindistan təcili istifadə üçün “Zydus Cadila” şirkətinin mütəxəssisləri tərəfindən nuklein turşusu əsasında hazırlanan koronavirusa qarşı peyvəndi təsdiqləyib.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü CNBC telekanalı məlumat yayıb.

Məlumata görə, şirkət peyvəndin tətbiqi sxemi ilə bağlı daha ətraflı məlumat verməli olacaq.

“ZyCoV-D” preparatı dezoksiribonuklein turşusu (DNT) əsasında yaradılıb. Peyvəndləmə üç mərhələdə aparılır. Onun effektivliyi 66,6% kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol