Menu

Azərbaycanda yeni sənaye layihələrinə 12 mln. manat investisiya yatırılacaq

21.08.2021, 12:22
Azərbaycanda yeni sənaye layihələrinə 12 mln. manat investisiya yatırılacaq

“Sumqayıt Kimya Sənaye Parkı”nın rezidentləri tərəfindən yeni layihələrə əlavə olaraq 12 mln. manat investisiyanın qoyulması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda Sənaye Parkında 4 müəssisə rezident kimi qeydiyyatdan keçib, bunlardan 2-si artıq fəaliyyət göstərir.

Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına ümumilikdə 36,6 mln. manat investisiya yatırılıb və 120 iş yeri yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol