Təxminən 2295 nəfər koronavirusa yoluxmuş insan iyulun 11-də Londonda keçirilən futbol üzrə Avropa Çempionatının final oyununda iştirak edib.
APA xəbər verir ki, bunu Britaniyanın səhiyyə xidmətinin apardığı araşdırma göstərib.
Ümumilikdə həkimlər təxminən 9 min yoluxma halını Avro-2020 ilə əlaqələndirirlər. Yarımfinal günü, yəni iyulun 7-də ümumilikdə 2092 nəfər həkimlərə müraciət edib, 11 iyul final günü isə bu rəqəm 3404 nəfər olub.
Qeyd edilir ki, çempionat ərzində keçirilən səkkiz oyundan sonra yoluxmuş şəxslərin sayı 49 gün davam edən müxtəlif idman, musiqi və digər açıq hava tədbirləri ilə əlaqəli bütün halların 85%-ni təşkil edir. Üstəlik əsas hissə yarımfinala və finala təsadüf edib.


Şərhlər