Menu

Dağlarda əyləncə faciə ilə bitdi - VİDEO

22.08.2021, 14:21
Dağlarda əyləncə faciə ilə bitdi - VİDEO

Rusiyanın Dağıstan Respublikasının ərazisində ziplayn əyləncəsi faciə ilə nəticələnib. REN TV xəbər verir ki, turisti xilas etmək məqsədi ilə ona yardıma tələsən təlimçi yıxılaraq həyatını itirib.

İnternetdə hadisə şahidlərindən birinin dərəyə tərəf enərək təlimçiyə köməyə tələsməsini əks etdirən görüntülər yayılıb.

Lakin təlimçinin aldığı xəsarətlərdən yerindəcə həlak olduğu məlum olub.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol