Menu

Rusiyadan Türkiyəyə S-400-lərin tədarükü ilə bağlı yeni müqavilə imzalanacaq

23.08.2021, 13:12
Rusiyadan Türkiyəyə S-400-lərin tədarükü ilə bağlı yeni müqavilə imzalanacaq

Yaxın vaxtlarda Türkiyə və Rusiya arasında S-400 zenit-raket sistemlərinin göndərilməsi haqda yeni müqavilə imzalana bilər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu çərçivəsində bildirib.

“Məsləhətləşmələr davam edir, son mərhələdəyik. Yaxın vaxtlarda tərəfdaşlarımızla müqavilənin rəsmiləşdirilməsinə və imzalanmasına başlayacağıq”, - deyə A. Mixeyev qeyd edib.

Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiyə S-400-lərin göndərilməsi ilə bağlı müqavilə bağlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol