Menu

ABŞ Rusiyaya qarşı hazırladığı təyyarələri Avropaya göndərdi

24.10.2014, 11:18
ABŞ Rusiyaya qarşı hazırladığı təyyarələri Avropaya göndərdi

ABŞ ən uzaq məsafəli qitələrarası strateji bombardmançı nüvə silahı daşıya bilən B-52 təyyarələrini Avropaya göndərib. Axar.az xəbər verir ki, 20-dən çox B-52 təyyarəsi NATO-nun geniş miqyaslı “Alicənab bəraət” (Noble Justification) təlimində iştirak edəcək.

Bundan əlavə, B-52 təyyarələri iki uzun məsafəli uçuş həyata keçirəcək.

NATO-nun təlimində B-52-dən əlavə, sualtı və döyüş təyyarələri də Aralıq dənizi sahillərində tryuklar göstərəcək.

Amerika hərbi analitiki Mark Şneyder NATO-nun bu təliminin önəmli olduğunu, lakin detallarını mediaya açıqlamaq istəmədiyini deyib:

“Rusiya indi nüvə də daxil olmaqla, müxtəlif silahlar ilə bütün dünyanı təhdid edir. Buna görə də biz qarşılıq verməliyik və öz imkanlarımızı göstərməliyik”.

Qeyd edək ki, B-52-nin hazırlanma məqsədi yüksək gücə malik iki termonüvə bombasını SSRİ-nin istənilən nöqtəsinə çatdırmaq olub. “Soyuq müharibə” dönəmindən bəri dəfələrlə modernləşdirilib və onların 2040-cı ilə qədər əsas strateji raket daşıyan olması planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol