Amerika Birləşmiş Ştatları hər gün Əfqanıstandakı “Taliban” hərəkatı ilə hərbi və siyasi kanallar vasitəsilə danışıqlar aparır.
“Report” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Hər gün siyasi kanallar və təhlükəsizlik qüvvələri vasitəsi ilə “Taliban”la danışıqlar aparırıq. Geniş mövzuları əhatə edən bu müzakirələri müdafiə etmək üçün təfərrüatlara getmək istəməzdim”, - o deyib.
O, Birləşmiş Ştatların amerikalıların, yerli sakinlər arasında olan müttəfiqlərini və üçüncü ölkə vətəndaşlarını 31 avqusta qədər təxliyəsini başa çatdıra biləcəyinə əminliyini ifadə edib.


Şərhlər
ABŞ Talibanla danışıq aparmır.ABŞ dünyada narkobiznesin tayılmsdının inkilag yollarını müzakire efir gelirini hesablayır ve bu işde onlara destek olur bütün vasitelerle ve eyni zamanda öz siyasetini de durmadan öz xeyrine davam etdirir.ABŞ Rusiya deyil.