Menu

Azərbaycanda bu il 20 mln. tondan artıq neft hasil edilib

24.08.2021, 10:00
Azərbaycanda bu il 20 mln. tondan artıq neft hasil edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 20,1 mln. ton neft (kondensatla birlikdə) hasil edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 522,2 min ton az olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, respublika üzrə neft hasilatının 13,3 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Məlumata görə, hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 mln. ton təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol