Əfqanıstanın kommunikasiya və informasiya texnologiyaları eks-naziri Sayed Əhməd Sədat Almaniyada yeməkdaşıyan işinə düzəlib.
Bu barədə «Leipziger Volkszeitung» nəşri yazıb.
Sədat 2018-ci ilə qədər Əfqanıstan hökumətində nazir işləyib. Onun başlıca vəzifələrindən biri də həmin dövrdə telekommunikasiya şəbəkəsinin genişləndirilməsi olub. O, Almaniyaya 2020-ci ilin dekabında daxil olub və orada ehtiyatları tükənən zaman özünə yeni iş tapıb.
«İndi mən, sadə həyat sürürəm» - qəzet ondan sitat gətirir.
Eks-nazir gələcəkdə “Telekom” telekommunikasiya şirkətində işə düzəlməyə ümid edir.
AzPolitika.info


Şərhlər
Bizimkilə nümunə olsun