Menu

Gürcüstanda antiterror əməliyyatı keçirilib

24.08.2021, 11:25
Gürcüstanda antiterror əməliyyatı keçirilib

Ötən gecə Gürcüstanın Pankisi bölgəsində xüsusi əməliyyat həyata keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, nəticədə 5 nəfər saxlanılıb.

İlkin məlumatlara əsasən, həmin şəxslərlə bağlı istintaq terror təşkilatında üzvlük, bu cür təşkilatın yaradılması, rəhbərliyində və fəaliyyətində iştirak maddəsi üzrə aparılır.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən xüsusi əməliyyatla bağlı rəsmi məlumatın açıqlanacağı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol