Siyasi və Xarici Əlaqələr Mərkəzinin (CPFA) Prezidenti Fabien Baussart “Taliban” ideologiyasıda heç bir islahat aparılmadığını iddia edib.
“The Times Of Israel” qəzetinə verdiyi açıqlamasında deyib ki, Əfqanıstanın “Taliban”nın nəzarətinə keçməsi ilə bu ölkədə ən pis humanitar böhranlardan biri yaşanılr. O, “Taliban”ın sözlərini ciddiyə almağı doğru hesab etməyib.
F.Baussartın iddiasına görə 2020 -ci ilin əvvəlindən etibarən “Taliban” işləyən qadınları hədəfə alır: “Narkotiklərlə mübarizə xüsusi bölməsində işləyən polis məmuru Fatimə Rəcəbi 23 iyul 2020-ci il tarixində evə gedərkən “Taliban” maşını saxlayaraq əsir götürüb, sonra da öldürüb. Güllə yarası və işgəncə izləri olan nəşini ailəsinə göndəriblər. 2020-ci ilin may ayında üç “Taliban” silahlısının doğum evinə hücum etməsi nəticəsində mama işləyən Məryəm Nurzad Kabil xəstəxanasında öldürülüb”.
Kabil “Taliban”ın əlinə keçəndən bəri, bir neçə hüquq müdafiəçisi Əfqanıstanda qadınların təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edib.
Paytaxt Kabildə yerləşən və müstəqil araşdırma təşkilatı olan Əfqanıstan Araşdırma və Qiymətləndirmə Qrupunun (Afghanistan Research and Evaluation Unit - AREU) direktor müavini Nişank Motvani deyir ki, 1990 -cı illərdə “Taliban” hakimiyyətdə olanda qadınların məktəbə, yanlarında ailə üzvü olan kişi olmadan xəstəxanaya, hətta dərman almağa getməsi qadağan idi: “Onları izləyirdilər. Belə bir qorxu atmosferi var”.
Kabil polis idarəsində müstəntiq işləyən 22 yaşlı hərbi zabit Vazhma Sahel “Taliban”ın işlədiyi ofisə yazılı ölüm təhdidləri göndərməyə başladığını iddia edib.
L.SƏMLA
AzPolitika.info


Şərhlər